Sosial şəbəkələrin erməni seqmentində ən çox paylaşılan bir paylaşım azərbaycanlıların da diqqət mərkəzinə düşüb.
NOCOMMENT.az xəbər verir ki, 1919-cu illərə aid qəbz ermənilərin ”qədim tarixini” elə o vaxtdan da dilənçilik əqidəsini ortaya qoyub.
Erməni tarixi ilə baxlı profil yazır:”General Andranikin imzası ilə ianə qəbzi!

Bu qəbz ABŞ-da 1919-cu ilin sonunda Andranik Ozanyanın mərkəzi tərəfindən verilib. Qəbzin üzərində yazılıb: “Ermənistanda ehtiyac sahiblərinin xilası üçün ianə”. Qəbzin mərkəzində, oval çərçivədə Müqəddəs Xrimyan Atanın portreti (Baptist Xrimyan), portretin ətrafındakı çələngdə isə “Ata” (Ata) qeyd olunub. Şəkilin sağ tərəfində ABŞ-ın, sol tərəfində isə Ermənistan Respublikasının bayrağıdır.

Donorun adı Stepan Soğomonyandır və yardım məbləği 100 dollardır. Sənədin altında komitə prezidenti Andranik Ozanyan və xəzinədar K-nin imzaları var. Marqaryanın.
Qəbzin sağ küncündə ehtiyaclı erməni ailəsi, ata, ana və iki uşaq təsvir olunub ki, onlardan biri əl açıb çörək və ya pul istəyir. Sol küncdə Ermənistanın xəritəsi var: Ararat və Sipan dağı və Van gölünün təsviri var”.
Xatırladaq ki, ermənilərin milli qəhrəmanı olan Andranik Ozanyan 1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadıqları kəndlərin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük rol oynayıb. Türkiyədə də günahsız qanlar axıdıb.
Birinci Dünya müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışını elan edir. Andranik muhacirətdə Fransada, sonra isə ABŞ-də yaşayır. ABŞ-də Kaliforniya ştatının Fresno şəhərində vəfat edir. O Kaliforniyada yaşayarkən də türklərə və azərbaycanlılara qarşı nifrəti soyumayıb. Həmin illərdə amerikalı ermənilərdən pullar yığaraq onu gizli yollarla Ermənistana göndərir, ermənilərin silah-sursat alaraq Azərbaycanın və Türkiyənin kəndlərinə hücum etməyə həvəsləndirirdi. Haqqında söhbət gedən, adı dəyişdirilmiş Ararat dağı (Ağrı dağı), Sipan dağı (Sübhan dağı da ) Türkiyə ərazisində Türkiyəyə aid dağlardır.
Əntiqə Rəşid













