NASA-dan növbəti yenilik: Onlar 10 gün Kosmosda qalacaqbackend

NASA-dan növbəti yenilik: Onlar 10 gün Kosmosda qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA Artemis II ekipaj missiyasını 2026-cı ilin aprel ayından gec olmayaraq Aya göndərməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu məlumat agentliyin mətbuat açıqlamasında dərc edilib.

Açıqlamaya görə, buraxılış 2026-cı ilin əvvəlinə planlaşdırılır. NASA astronavtları Rid Uayzman, Viktor Qlover və Kristina Koxdan ibarət heyət, Kanada Kosmik Agentliyinin nümayəndəsi Ceremi Hansen ilə birlikdə təxminən on gün kosmosda qalacaq, Ayın ətrafında fırlanacaq və Yerə qayıdacaq.