Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundubackend

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomobili narkotik vasitəsinin təsiri altında idarə etdi, 15 gün müddətində həbs olundu.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elnur Hüseynova Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.