Bütün dünya resurslarında problem yarandı – “Bloomberg”backend

Bütün dünya resurslarında problem yarandı – “Bloomberg”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cloudflare” proqram təminatının işində fasilənin yaranması təkcə Azərbaycan saytlarına deyil, bütün dünya üzrə digər resurslara da təsir edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentlik buna nümunə olaraq ChatGPT chatbotunda, sosial media platforması X, Discord, SoundCloud, Dropbox və digərlərində problemlərin yarandığına diqqəti cəlb edib.

“Cloudflare” proqram təminatı bütün dünyada yüz minlərlə şirkət tərəfindən istifadə olunur, onların veb-saytları və son istifadəçiləri arasında bufer rolunu oynayır və saytlarını trafiklə həddindən artıq yükləyə biləcək hücumlardan qoruyur.

Xatirə SADİQ