Azərbaycanın və bir çox dünya ölkələrinin bəzi saytlarına girişlə bağlı yaranan problemlər aradan qaldırılıb.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Cloudflare” açıqlama yayıb.
Bildirilib ki, texniki insident həll edilib.
Hazırda xidmət bütün servislərin normal iş rejiminə tam qayıtdığından əmin olmaq üçün onların işini yaxından izləyir.













