Heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu yazıçı Cəfər Cabbarlının heykəli “Azərbaycanfilm” kinostudiyasının həyətində dağınıq vəziyyətdədir.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.
Qurumdan qeyd olunub ki, kinostudiyanın əvvəlki rəhbərliyi mütəxəssis cəlb edərək heykəlin bərpa işlərinin smetasını aidiyyəti orqana təqdim edib.
“Lakin studiya təsərrüfat hesablı olduğundan, aidiyyəti orqan bərpaya vəsait ayırmayıb. Cəfər Cabbarlının heykəlinə belə münasibətin məsuliyyəti kimdədir? Heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu “Azərbaycanfilm” studiyasının həyətində yerləşən heykələ belə münasibət təkcə dahi dramaturqun ruhuna yox , həm də kinomuza olan münasibətdir”- məlumatda vurğulanır.















