Vətəndaş müharibəsi zamanı Suriyadakı türkmənləri bir araya gətirən Suriya Türkmən Cəbhəsinin qurucu lideri Samir Hafiz dünyasını dəyişib.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, 77 yaşlı Samir Hafiz uzun müddətdir müalicə olunduğu xəstəxanada vəfat edib. Onun cənazə namazı dünən Fatih məscidində qılınıb və daha sonra Ədirnəqapı qəbiristanlığında dəfn olunub.
Latakiyalı türkmən ailəsində doğulan Hafiz gənc yaşlarından Suriya türkmənlərinin hüquqlarının qorunması üçün çalışıb. Vətəndaş müharibəsi başlayandan sonra isə 2012–2013-cü illərdə İstanbul və Ankarada keçirilən toplantılara rəhbərlik edərək dağınıq türkmən qruplarını birləşdirməyə nail olub.
O, həmçinin Suriya Türkmən Məclisinin ilk prezidenti seçilmişdi.













