“AzerGold” bu şirkətlərə 8,4 milyon ödəyəcəkbackend

“AzerGold” bu şirkətlərə 8,4 milyon ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC yeni nəhəng müqavilələr bağlayıb.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilələr “Büro Veritas Azəri” və “Azdağmədənistismar” şirkətləri ilə imzalanıb.

Müqavilələrdə müvafiq olaraq, geokimyəvi və mineraloji laboratoriya analizləri və BFS çərçivəsində buruq-qazma işləri və laboratoriya analizləri xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilələrin ümumilikdə maliyyə dəyəri 8 milyon 382 min 769 manat müəyyənləşib.

Qeyd edək ki, hər iki şirkət Azərbaycanda qızıl istehsalını həyata keçirən “AzerGold” QSC-nin mühüm podratçısıdır.