Bakıda MKİS zibil konteynerlərini avtobus zolağına qoydu – VİDEObackend

Bakıda MKİS zibil konteynerlərini avtobus zolağına qoydu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zibil konteyneri avtobus zolağına qoyulub…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu, Gəncə prospekti 99 ünvanındandır. Sakinlər bildirirlər ki, 85 saylı mənzil istismar sahəsi öz balansında olan zibil konteynerlərini yolun hərəkət hissəsinə aparıb. Digərləri də dolub-daşır.

Nazim Əsədovun sözlərinə görə, zibil konteynerlərinin yerini dəyişmək istəyəndə sakinlər iradlarını bildiriblər. Sonradan qoyulan yer isə buradır.

85 saylı mənzil istismar sahəsinin rəisi Elcan Orucov isə bildirdi ki, 99 saylı binanın tullantıları neçə gündür daşınmır. Səbəb də bina sakinlərinin məişət tullantılarının daşınmasına görə borcunun olmasıdır. Borc ödəndikdən sonra qutular öz yerinə qaytarılacaq.

Zibil qutularının niyə başqa yerə yox, məhz avtobus zolağına qoyulmasına gəlincə isə bildirildi ki, buna səbəb ərazidəki relyefin əlverişli olmaması, yalnız həmin hissənin uyğun gəlməsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.