Azərbaycanlı müğənni, Əməkdar artist Lalə Məmmədova İctimai Televiziyada yayımlanan “Hər zaman Musiqi” verilişinin qonağı olub. Sənətçi proqramda sevilən “Çinar və Mən” mahnısını ifa edib.
NOCOMMENT.az xəbər verir ki, mahnının musiqisi görkəmli bəstəkar Şəfiqə Axundovaya, sözləri isə tanınmış şair Nəbi Xəzriyə məxsusdur.
Lalə Məmmədovanın canlı ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Həmin videonu təqdim edirik:













