“Rəngarəng” verilişində qonaq olan Amina Şirinlə müğənni Tacir Şahmalıoğlu arasında gərgin anlar yaşanıb.
NOCOMMENT.az xəbər verir ki, veriliş zamanı Amina Şirin toylarla bağlı fikirlərini bölüşərək “Toy məktəb deyil” ifadəsini işlədib.
Onun bu açıqlamasına cavab olaraq, canlı efirə qoşulan Tacir Şahmalıoğlu bildirib ki, “Mənim yaratdığım o məktəbə Amina xanım şərh verə bilməz”.
Hadisə sosial mediada da geniş müzakirəyə səbəb olub. İzləyicilər Tacir Şahmalıoğlunun sərt reaksiyasını və Amina Şirinin fikirlərini fərqli şəkildə şərh ediblər.
Həmin videonu təqdim edirik:











