“Smart Energy Solutions” QSC-nin vergi borcu yaranıb.
NOCOMMENT.az Pravda.az-a istinadən xəbərinə görə, şirkətin dövlətə 34 204 AZN borcu var.
Nizamnamə kapitalı 2 500 AZN olan QSC-nin qanuni təmsilçisi Elşən Zakir oğlu Nuriyevdir.
Şirkət tenderlərdə də iştirak edir və əsasən “Azərenerji” ASC-nin milyonluq tenderlərinin qalibi olur.













