Britaniyanın The Telegraph nəşri Ukraynadakı vəziyyət və Prezident Vladimir Zelenski ilə bağlı diqqətçəkən məqalə dərc edib.
NOCOMMENT.az xəbər verir ki, qəzet yazır: “Ukraynada korrupsiya qalmaqalı üçün bundan daha pis bir zaman ola bilməzdi — məhz Zelenskinin maliyyə axtarışında çarəsiz qaldığı bir dövrdə”.
Nəşrin məlumatına görə, Kiyev Ukraynanın maliyyə imkanlarına uyğun olmayan silah müqavilələri imzalayır və bu, “sehrli təfəkkürün” təzahürü kimi dəyərləndirilir.
Məqalədə həmçinin vurğulanır ki, Zelenskiyə ölkə daxilində dəstək sürətlə azalır, onun davranışları isə Ukraynanın bütün tərəfdarlarında narahatlıq doğurur, çünki bu davranışlar “ümidsizliyin siqnalı” kimi qiymətləndirilir.














