Ağ Evdən gözlənilməz addım: Tramp Səudiyyə Ərəbistanını baş müttəfiq elan etdi! – VİDEObackend

Ağ Evdən gözlənilməz addım: Tramp Səudiyyə Ərəbistanını baş müttəfiq elan etdi! – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Vaşinqton arasındakı münasibətlərdə yeni mərhələnin başladığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, iki ölkə arasında hərbi və strateji əməkdaşlıq gözəçarpan şəkildə gücləndirilir və bu çərçivədə Ər-Riyada rəsmi şəkildə ABŞ-ın NATO-dan kənardakı başlıca müttəfiqi statusu verilir.

Tramp çıxışında bu qərarı xüsusi vurğulayaraq bildirib ki, Vaşinqton Səudiyyə Ərəbistanına uzun müddətdir böyük əhəmiyyət verir və yeni status iki ölkə arasında həm siyasi, həm də təhlükəsizlik sahəsində əlaqələri daha da dərinləşdirəcək:

“Biz hərbi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırırıq. Səudiyyə Ərəbistanına NATO-dan kənarda əsas müttəfiq statusu veririk — bu, onlar üçün həqiqətən çox önəmlidir. Bunu ilk dəfə sizə indi deyirəm, çünki bu xəbəri bu axşama qədər bir qədər sirr kimi saxlamaq istədim. Az əvvəl onun ‘Oh, bu yaxşıdır’ dediyini eşitdim. Bu da bu gün qazandığınız növbəti uğurdur.”

Prezident həmçinin əlavə edib ki, tərəflər bir müddət əvvəl “tarixi strateji müdafiə sazişi” imzalayıblar. Bu sənədin mahiyyəti və detalları açıqlanmasa da, Trampın sözlərindən belə anlaşılır ki, tərəflər regionda təhlükəsizlik əməkdaşlığını yeni səviyyəyə qaldırmaqda maraqlıdırlar.

ABŞ lideri çıxışını Səudiyyə Ərəbistanına ünvanladığı təbriklə tamamlayıb: “Biz çox ciddi və strateji addım atdıq. Səudiyyə Ərəbistanını təbrik edirəm.”

Qeyd edək ki, yeni status Ər-Riyada ABŞ-la hərbi əməkdaşlıq sahəsində bir sıra üstünlüklər qazandırır və Vaşinqtonun Yaxın Şərq siyasətində Səudiyyə Ərəbistanının rolunu daha da gücləndirir. Bu qərarın regiondakı siyasi balanslara necə təsir edəcəyi isə yaxın dövrdə daha aydın görünəcək.