Vanqanın terrordan 15 il əvvəlki proqnozu: “Tüstü və alov”lar içində sarı sari…backend

Vanqanın terrordan 15 il əvvəlki proqnozu: “Tüstü və alov”lar içində sarı sari…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Hindistanın “Dəmir ledisi” – iki dəfə, baş nazir seçilən yeganə qadın naziri olmuş İndira Qandinin doğum günüdür.

NOCOMMET.az xəbər verir ki, hakimiyyəti dövrü ziddiyətli məqamlarla özünü yaddaşlara həkk etdirməyi bacaran İndira Qandi 1917-ci il noyabrın 19-da Hindistanın Uttar-Prandeş ştatının Allahabad şəhərində görkəmli hind siyasi xadimi, Hindistanın müstəqilliyi uğrunda hərəkatın və Hindistan Milli Konqresinin rəhbərlərindən biri, Hindistan Respublikasının ilk baş naziri Cəvahirləl Nehru ailəsində doğulub. Zəngin ailədə doğulan İndiranın ailəsi Hindistandakı Britaniya müstəmləkəçiliyinə qarşı ən fəal mübarizə aparanlardan idi. Onun nənəsi Svarup və anası Kəmalə dəfələrlə müstəmləkə hakimiyyətə qarşı yönələn mitinqlərdə həbs olunmuşdu. Babası Motilal Neru isə Hindistan Milli Konqresinin aktiv üzvlərindən biri idi.

Dəfələrlə həbslərdə yatan inqilabçı İndiranın taleyi

İndira da hələ məktəb illərində müstəmləkə siyasətinə etiraz edən aksiyalarda və tətillərdə iştirak edirdi. İştirakı zamanı həbsə düşdüyü də məlum idi.

1937-ci ildə isə təhsilini artırmaq üçün Böyük Britaniyaya yollanıb. O 4 il ərzində Oksford Universiteti yanında fəaliyyət göstərən Somervel kollecində tarix, antropologiya və dövlət idarəçiliy ilə bağlı dərs alıb. Burada 9 ay Britaniyaya qarşı təbliğatına həbs yatır.

Tələbəlik illərində London iqtisadiyyat məktəbində təhsil alan hindistanlı tələbə Feruz Qandi ilə tanış olur. Feruz Qandinin zərdüştlük dininə sitayiş edən fars xalqının nümayəndəsi olması ailəsini narazı salsa da, 1942-ci ildə gəənclər ailə qurur. 1944-cü il avqustun 20-də onların Raciv, 1946-cı il dekabrın 14-də isə Sancay adlı oğul övladları doğulur.

Cəvahirlal Nehru Ölkənin Britaniya müstəqilliyini ilk dəf elan edəndə – 15 avqsut 1947-ci ildə 30 yaşı olan İndira Qandi Oksford Universitetini bitirən evli və 2 oğlu anası idi. Amma müstəqilliyin elanından dərhal sonra o baş nazir atasının katibəsi olur və vəzifə pillələrində sürətlə irəliləyir. Bax, elə belə zamanların birində -1964-cü ildə Cəvahirlal Nehru dünyasını dəyişir.

Hindistanın Baş naziri olmaq sevinci- “Dəmir ledi“ni övlad yanğısı

17 illik müxtəlif dövlət qulluqlarından sonra Qandi deputat, ardından isə baş nazir Bahadur Şastrinin təklifi ilə informasiya naziri təyin olunur. 1966-cı il yanvarın 11-də Paksistanla Kəşmir uğrunda müharibəyə son qoymaq üçün Daşkənddə danışıqlar aparan Şastri qəfildən dünyasını dəyişir. Dərhal Hindistan Milli Konqresinin sədri seçilən Qandi ölkənin baş naziri də seçilir. Beləliklə, Qandinin 6 il davam edəcək ilk baş nazirlik dövrü başlayır.

Hindistanın ən iri 14 bankı milliləşdirilir, kənd təsərrüfatında keçirilən islahatlar uzun illərdən sonra ölkəni ərzaq idxalçısından ixracaatçısına çevirir, ilk Atom Elektrik Stansiyası inşa olunur. 1971-ci ildə Kəşmir uğrunda Pakistanda baş verən sayca 3-cü müharibə zamanı Hindistan qələbə qazınr və Qandinin reytinqi öz zirvəsinə çatır. Bütün bunlardan sonra baş nazirə qarşı düşmən mövqedə olanlar ortaya çıxır. Çünki onun milliləşdirmə siyasəti Hindistan Milli Konqresindəki varlı təbəqənin narazılığı ilə qarşılanır. müharibənin iqtisadi fəsadlarının yaratdığı böhran, təbii artımın inzibati qanunlarla ləngidilməsinə çalışılması və müxalifət partiyalarına qarşı təzyiqlər onun populyarlığının azalmasına səbəb olur.

Xanım İndira 1980-ci il seçkilərində ynidən qalib gələrək 2-ci dəfə baş nazir olur. Lakin Hindistan Milli Konqresinin baş katibi olan oğlu Sancay Qandi 1980-ci il iyunun 23-də şəxsi təyyarəsində qəzaya düşərək ölməsi onun sevincini yasa çevirir.

İndira Qandinin ölüm səbəbi: Qisasçılıq

Hindistanın Pəncab vilayətində kompakt yaşayan sikxlərlə yerli hindlilər arasında etnik zəmində gərginlik yaranır. Özlərini müstəqil icma elan edən sikxlər ən müqəddəs məbədləri olan Sarmandir-Sahib məbədini ələ keçirirlər. Qandinin göstərişi ilə məbədin azad olumnması əməliyyatı başlayır. Nəticədə 500-dən artıq sixk öldürlür və məbədə ciddi zərər dəyir. Sikxlər qisas alacaqları ilə bağlı bəyanat yayırlar.

1984-cü il oktyabrın 31-də britaniyalı aktyor və yazıçı Piter Ustinovla planlaşdırılan müsahibəyə gedən zaman onu güllələyirlər. Milliyətcə sikx olan Beant Sinqx və Satvant Sinqx xanım baş nazirə 7 dəfə atəş açırlar. Yaxınlıqdakı mühafizəçilər qəsdçiləri öldürsələr də, Qandinin həyatını xilas etmək mümkün olmur. Hindistanın “anası” adlandırılan İndira Qandini Camna çayı sahilində yandırırlar və qədim adətə görə külünü çaya atırlar. Bu mərasimdə bir neçə milyon insan iştirak edib.

Baş nazir isə onun oğlu Raciv Qandi seçilir. 5 il baş nazir olan Raciv Qandi 1991-ci ildə seçkiqabağı mitinqlərin birində “Tamilin Azadlıq Pələngləri” terorçuları tərəfindən kamikadze hücumu zamanı öldürülür.

Maraqlı bir nüansı da diqqətinizə çatdırıram: Hindistanın Baş naziri İndira Qandinin ölümündən 15 il əvvəl Bolqarıstanlı məşhur görücü Vanqaonun necə öldürülməsi ilə bağlı proqnoz vermişdi. “Tüstü və alov” içində öləcəyini proqnozlaşdırmışdı

“Paltar onu məhv edəcək. Tüstü və alov içində narıncı-sarı bir paltar görürəm”.

Qandi ölən günü əynində eyni rəngdə sari var idi.

Əntiqə Rəşid