Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam komissiyalarında təmsil olunacaq hakimlər müəyyən edilib.
NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, Məhkəmə-Hüquq Şurası tərəfindən Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İntizam Komissiyasının tərkibinə isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova təyin ediliblər.
Qeyd edək ki, Müsabiqə və İntizam komissiyalarının hər biri 3 üzvü Ədliyyə Nazirliyi, 3 üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndələrdən, 1 üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim, 1 üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır.













