“Sənəti olmayanlar bazara gedir. Birinci sənət öyrənin, sonra məhsulunuzu satın”.
NOCOMENT.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov “Afaqla 10lar” verilişinə açıqlamasında deyib. Sənətçi “bayağı mahnı” oxuyanları tənqid edib:
“Sənəti bilməyənlər, 2 mahnı ilə məşhur olanlar özünü elə aparır ki… Cılız görsənirlər. Haradan, necə çıxırlar maraqlıdır. Məşhur olmaq istəyirlər. Yaxşı ki, trend ləğv olundu. Trend elə o “oxuyancıqlar”ı aldadırdı.
Musiqi ilə geyim kimi oynayırlar: bu gün bunu geyinim, bunla bunu dəst edim. Musiqi ilə əl oyuncağı kimi zarafat edirlər. Musiqi ilə oynamaq vicdansızlıq, imansızlıqdır. Nə vaxtsa cəzalandırılmalıdırlar”.













