Ərzağın qiymətinin qalxması böyük problemlər yaradırbackend

Ərzağın qiymətinin qalxması böyük problemlər yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan əhalisinin əməkhaqqısının 2500 manatdan yuxarı olan hissəsi əhalinin 5,5 faizini əhatə edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

“1,5 milyon nəfər 2500 manatdan aşağı maaş alır. Bu da aztəminatlı insanların sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Sosial xərclər o səviyyədə dəqiq xərclənməlidir ki, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanınmasın. Ərzaq məhsullarının qiymətinin qalxması böyük problemlər yaradır. Azərbaycanda əhalinin 36%-nin kənd təsərrüfatında çalışması qeyd olunsa da, onların ÜMD-də payı 6 faizdir. Bu, istənilən Avropa ölkəsi ilə müqayisədə çox aşağı çəkiyə malikdir”, – deputat bildirib.