Yanğında zəhərlənən iki nəfər xəstəxanaya yerləşdirildibackend

Yanğında zəhərlənən iki nəfər xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda baş verən yanğın iki nəfərin xəstəxanaya düşməsi ilə nəticələnib.

NOCOMMENT.az-ın Sumqayıt bürosunun məlumatına görə, hadisə 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evlərindən birində baş verib. Yanğın zamanı 2002-ci il təvəllüdlü Mahmudzadə Məhyəddin Mahmud oğlu və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Mahmudzadə Xumar Elçin qızı tüstüdən zəhərləniblər. Onlar təcili yardım tərəfindən xəstəxanaya çatdırılıblar.

Hadisənin səbəbləri araşdırılır.