Narkotikin təsiri altında avtomobil sürürdü, həbs edildibackend

Narkotikin təsiri altında avtomobil sürürdü, həbs edildi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Vaz 21154” markalı nəqliyyat vasitəsinin sürücüsü Vurğun Əlizadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan NOCOMMENT.az -ın Cənub bürosuna verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücülük hüququ olmadığı müəyyən edilən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Əlizadənin psixotrop maddə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Əlizadə 30 gün müddətinə inzibati qaydada həbs edilib.