2025-2026-cı tədris ili üzrə oktyabrın 2-dən etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NOCOMMENT.az-a bildirilib ki, qəbul prosesi “bq.edu.az” portalı vasitəsilə elektron formada həyata keçirilir.
Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.













