Mağazadan oğurluq edən şəxs saxlanıldıbackend

Mağazadan oğurluq edən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində yerləşən mağazaların birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər mağazada heç kimin olmamasından istifadə edərək oradan mobil telefon oğurlayıb.

NOCOMMENT.az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı A.Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.