Rusiya səfirinin aşağılanmasına özünəməxsus tərzdə CAVAB VERDİbackend

Rusiya səfirinin aşağılanmasına özünəməxsus tərzdə CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Polşa-Rusiya münasibətlərinin gərginləşməsi fonunda qalmaqala səbəb olacaq hadisə baş verib.

Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Rusiyanın Sankt-Peterburq şəhərində Polşanın səfiri Kşiştof Krayevskiyə hücum edilib: “Hadisə səfirin Polşanın Müstəqillik Günü münasibətilə yerli polyaklarla görüşmək üçün Sankt-Peterburqa gəldiyi zaman baş verib.

Qeyd edək ki, bu ilin aprel ayında Rusiyanın Polşadakı səfiri Sergey Andreyev II Dünya Müharibəsi döyüşlərində həlak olmuş sovet əsgərlərinin abidəsinə gül qoymaq istəyərkən etirazçıların hücumuna məruz qalıb. Varşavadakı bu gərgin və simvolik hadisə polyakların ruslara nifrətinin görüntüsü kimi başa düşülüb.

Hadisələrin gedişindən belə anlaşılır ki, aprel ayında Rusiyanın qapısına dəyən “qol” hazırda Polşanın öz qapısına dəyib. Hesab bərabərləşib.

Rusiyada, Polşada baş verənlər gərginliyə dırmanan prosesin sürətlənməsi kimi xarakterizə olunur.

Əntiqə Rəşid