Avropa ABŞ-nin “sülh planı”na qarşıdırbackend

Avropa ABŞ-nin “sülh planı”na qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Brüsseldə görüşən Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri ABŞ-nin hələ rəsmi şəkildə açıqlanmayan sülh planı ilə bağlı təmkinli davranış sərgiləyiblər.

NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Bununla belə, onlar açıq şəkildə bəyan ediblər ki, Kiyevi “cəzalandırmaq” cəhdlərinə qarşı çıxacaqlar və bildiriblər ki, heç bir sövdələşmə Ukraynanı özünü müdafiə etmək imkanından məhrum etməməlidir.

“Reuters” qeyd edib ki, Vaşinqton prezident Volodimir Zelenskiyə eyham vurub ki, ölkəsi Ağ Evin müharibənin başa çatması barədə hazırladığı çərçivə sənədini qəbul etməlidir. Həmin sənəddə ərazi güzəştləri və Ukrayna Silahlı Qüvvələrinin sayının yarıyadək azaldılması əks olunub.

Xatirə SADİQ