Bu ölkə Rusiyaya nota verdibackend

Bu ölkə Rusiyaya nota verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın Xarici İşlər Nazirliyi ölkənin hava məkanının qanunsuz dron uçuşu ilə pozulması ilə bağlı Rusiyanın Kişinyovdakı səfirini çağırıb.

NOCOMMENT.az  xəbər verir ki, nazirlik səfirə Moldova tərəfinin bu ciddi suverenlik pozuntusuna və vətəndaşların təhlükəsizliyinə yaratdığı təhdidlərə görə sərt etirazını çatdırıb.

XİN bir daha Rusiyanı Moldova ərazisinin təhlükəsizliyini riskə atacaq hərəkətlərdən çəkinməyə və ölkənin suverenliyi ilə ərazi bütövlüyünə ciddi əməl etməyə çağırıb. Rusiya tərəfi isə bu insidentlə əlaqədar məsuliyyəti rədd edib.

Eyni gecə Rusiya silahlı qüvvələri Ukraynanın bir sıra bölgələrinə kütləvi dron və qanadlı raket hücumları həyata keçirib. Bir çox bölgədə hava həyəcanı elan olunub, bəzi ərazilərdə isə elektrik enerjisi qısa müddətə kəsilib.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya həmin gecə Ukraynaya 470-dən çox dron və 48 raket atıb. Ternopolda hücum nəticəsində 26 nəfər həlak olub, onlardan üçü uşaqdır.

Həmçinin, Rumıniyada yerləşən aviabazadan dronun hava məkanına daxil olması səbəbindən iki “Eurofighter Typhoon” və iki F-16 qaldırılıb.