Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili keçmiş daxili işlər naziri İrakli Okruaşviliyə çıxarılan hökmə münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, Saakaşvili bu barədə “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, məhz İrakli Okruaşvili əvvəlcə Badri Patarkatsişvili ilə əlaqələri ilə institutlara ciddi ziyan vurub, sonra isə ona qarşı hər cür ifadələr verib. “Bu ifadə əsasında məni mühakimə etdilər. Lakin
göründüyü kimi, o, nə iləsə rusiyalıların xətrinə dəyib və indi mənimlə yanaşı kamerada oturub. Onun nümunəsi açıq şəkildə göstərir ki, şərlə sövdələşmə son nəticədə heç kimə fayda gətirmir. Eyni zamanda qeyd etmək lazımdır ki, o, şərlə əməkdaşlıqdan imtina edərək düzgün hərəkət edib. Buna görə də hər şeyə rəğmən, İrakliyə öz həmrəyliyimi ifadə etmək istəyirəm və onun həbsdən azad olunmasını, tezliklə ailəsinə qayıtmasını arzulayıram”, – Saakaşvili yazır.
Tbilisi Şəhər Məhkəməsi Buta Robakidzenin qətlində təqsirli bilinən İrakli Okruaşvilinin barəsində hökm çıxarıb. Gürcüstanın keçmiş müdafiə naziri 7 il müddətinə azadlıqdan məhrum edilib, lakin ittihamlardan biri amnistiyaya düşdüyündən onun cəzası 5 il 3 ay təşkil edib.
Xatirə SADİQ













