Gümrü şəhərinin həbs edilmiş merinin oğlu naməlum istiqamətə aparılıbbackend

Gümrü şəhərinin həbs edilmiş merinin oğlu naməlum istiqamətə aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Gümrü şəhərinin həbs edilmiş meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan naməlum istiqamətə aparılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Armlur” məlumat yayıb.

Məlumata görə, Spartak Qukasyan ilkin olaraq Şirak vilayəti üzrə istintaq şöbəsinə çağırılıb. Lakin o, şöbəyə yaxınlaşdıqda maskalı hüquq-mühafizə əməkdaşları tərəfindən əhatəyə alınaraq naməlum istiqamətə aparılıb.

Hadisənin detalları və Qukasyanın hazırda harada olduğu barədə məlumat verilməyib.