Ağcabədidə ağır qəza – 2 nəfər öldübackend

Ağcabədidə ağır qəza – 2 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Aran qəsəbəsi–Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Qazel” və “VAZ-21015” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində Orxan Vəliyev və Türkan Vəliyeva həyatını itirib. 1972-ci il təvəllüdlü Elsevər Vəliyev isə xəsarət alıb.

Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.