Gəncə sakini özünə bıçaqla xəsarət yetirib.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki şəhər sakini 2005-ci il təvəllüdlü Elsun İbrahimov qolunun bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib,hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 20 yaşlı gənc özü özünə bıçaqla xəsarətlər yetirib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.













