Oğuzda avtomobilin qarşısına çıxan sahibsiz inək qəzaya səbəb olub
NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə 20 noyabr axşam saatlarında Şəki-Oğuz avtomobil yolunun Oğuzun Calud kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili anidən qarşısına çıxan iribuynuzlu sahibsiz heyvanı vurub. Nəticədə avtomobilə ciddi ziyan dəyib, inək isə tələf olub.
Sakinlərin sözlərinə görə, son bir həftə ərzində həmin ərazidə mal-qaranın və atların iştirakı 3 qəza hadisəsi baş verib.














