Bakı-Quba yolunda baş verən qəzada ölən sürücünün kimliyi məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən NOCOMMENT.az-a bildirilib ki, Bakı-Quba yolunun 146-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi saat 09:50 radələrində qeydə alınıb:
“99-UB-358 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobil “Hyundai Aero City” markalı avtobusla toqquşub. Qəza nəticəsində xəsarət alan “Ford Transit” markalı avtomobilin sürücüsü Elgün Əliyev xəstəxanada həyatını itirib”
Faktla bağlı araşdırma aparılır.
***
Qubada sərnişin avtobusu ilə yük maşını toqquşub.
NOCOMMENT.az xəbər verir ki, qəza Bakı-Quba avtomobil yolunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində baş verib.
“Ford” markalı yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində bir nəfər həyatını itirib. Ağır vəziyyətdə olan şəxsi xəstəxanaya çatdırmaq mümkün olmayıb, yolda dünyasını dəyişib.
Qəza ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.













