H.Hacıyev erməni əsilli Azərbaycan vətəndaşı olan qadından yazdıbackend

H.Hacıyev erməni əsilli Azərbaycan vətəndaşı olan qadından yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq”

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

“79 yaşlı erməni əsilli Azərbaycan vətəndaşı – xanım Marqosyan Alivina Sarkisovna. Ermənilərin Azərbaycanda dinc yaşamasının başqa bir təzahürü. Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda ləyaqət, sülh və firavanlıq şəraitində yaşayacaq” – Hacıyev paylaşımda qeyd edib.