Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş BAŞA ÇATDIbackend

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş BAŞA ÇATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

***

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlib.

NOCOMMENT.az apa-ya istinadla xəbər verir ki, onları Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edir.

Azərbaycan tərəfi nümayəndələrlə Yevlaxda görüş keçirəcək.

***

Qarabağın erməni icmasının nümayəndələri Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax rayonuna gəlir.

NOCOMMENT.az xəbər verir ki, onları Rusiya sülhməramlıları müşayiət edirlər.

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. (report).