Bu tarixdə hava PİSLƏŞƏCƏK: QAR YAĞACAQbackend

Bu tarixdə hava PİSLƏŞƏCƏK: QAR YAĞACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bu barədə NOCOMMENT.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Məlumata əsasən mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° şaxta olacaq.

 

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.