”Xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir”.
Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, son dövrlərdə Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə bəzi Azərbaycan vətəndaşlarının da iştirak etməsi halları müşahidə olunur. Bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlar var. Xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək bəzi hallarda xüsusilə ağır cinayətdir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, millət vəkili Bəhruz Məhərrəmov deyir ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə, fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir.
Azərbaycan Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək cinayət hesab olunur. Bu əməllərə görə 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Baş Prokurorluqdan o da bildirilib ki, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir. Bir neçə vətəndaş barəsində belə fakta görə, cinayət işləri başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













