ABŞ BMT-nin humanitar fondlarına 2 milyard dollar ianə edibbackend

ABŞ BMT-nin humanitar fondlarına 2 milyard dollar ianə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi (OCHA) tərəfindən idarə olunan humanitar fondlara 2 milyard dollar ianə edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar İşlər üzrə Baş katibinin müavini Tom Fletçer məlumat verib.

“Mən bütün dünyada həyata keçirdiyimiz humanitar fəaliyyətlərə 2 milyard dollar məbləğində bu misli görünməmiş töhfəyə görə Birləşmiş Ştatlara təşəkkürümü bildirmək istəyirəm”, – Fletçer deyib.