Nura “Şou-biznesin qaranlıq üzü” adlı kitab yazırbackend

Nura “Şou-biznesin qaranlıq üzü” adlı kitab yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nura Suri bu dəfə kitab yazmaq eşqinə düşüb.

NOCOMMENT.az xəbər verir ki, sənətçi bu haqda özü məlumat verib. O bildirib ki, kitabı serial ssenarisinə çevirəcək:

“Şou-biznesin qaranlıq üzü” adlı layihə üzərində çalışıram. Bu əsər kitab formasında, lakin serial ssenarisi məntiqi ilə yazılıb və məqsədim onu beynəlxalq platformaya, xüsusilə “Netflix” formatına uyğunlaşdırmaqdır.

Janr baxımından layihə dedektiv,  psixoloji gərginlik üzərində qurulub. Hadisələr şou-biznes dünyasının pərdəarxası, görünməyən və çox vaxt gizlədilən tərəflərini əhatə edir: nüfuz savaşı, şantaj, qorxu, manipulyasiya və qeyri-rəsmi güc mexanizmləri.

Serialın mərkəzində Lola adlı məşhur müğənni dayanır. Onun şəxsi münasibətləri illər ərzində bir neçə qalmaqallı və təhlükəli hadisənin mərkəzinə çevrilir. Müxtəlif dövrlərdə Lolanın sevgililəri vasitəsilə: digər müğənnilərə təzyiq göstərilir, bir kişi müğənniyə silahla hədə-qorxu gəlir, sonra məsələ böyüyür”.

Nura kitabının ssenarisini də bölüşüb:

“Bütün bu hadisələr fonunda şou-biznesin içində formalaşmış qeyri-rəsmi “mafiya” sistemi, qorxu üzərindən qurulan münasibətlər və susdurulan insanlar üzə çıxır. Bu ssenari real hadisələrdən ilhamlanaraq qələmə alınıb, lakin bütün personajlar, adlar tamamilə fiksiyadır. Hər hansı real şəxs və ya hadisə ilə birbaşa əlaqə nəzərdə tutulmur”.