Dəmir yollarında faciə: Xadimə şoka düşüb öldübackend

Dəmir yollarında faciə: Xadimə şoka düşüb öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda qadın faciəvi şəkildə vəfat edib.

Hadisə yanvarın 1-i saat 16 radələrində rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Şəhər ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-də xadimə işləyən Samux rayon sakini 1967-ci il təvəllüdlü Nahidə Yusif qızı Məmmədovanın ayağı sınıb.

Belə ki, qadın dəmir yolu relsinin üzərindən keçərkən ayağı relsin kənarındaki beton dirəyin arasında qalaraq qırılıb. Ağrıdan şoka düşən N.Məmmədova hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.