Ağsu dolaylarında polis əməkdaşları tərəfindən fasiləsiz xidmət davam etdirilir – VİDEObackend

Ağsu dolaylarında polis əməkdaşları tərəfindən fasiləsiz xidmət davam etdirilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu dolaylarında hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan NOCOMMENT.az-ın yerli bürosuna bildirilib ki, sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.

Vətəndaşlarımıza köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Yol patrul xidməti avtomobillərinin müşayəti ilə aidiyyəti qurumun əməkdaşları tərəfindən əraziyə qum, duz səpilir, təhlükəsizlik tədbirləri davam edir.

NOCOMMENT.az