Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Ukrayna və Fələstin məsələlərini müzakirə edəcək.
NOCOMMENT.az xəbər verir ki, telefon danışığı bazar ertəsi axşam saatlarında baş tutacaq.
Türkiyə lideri bildirib ki, Fələstin tək deyil və bu məsələ Ankara üçün xüsusi əhəmiyyət daşıyır:
“Fələstin bizim üçün öz canımız və qanımız qədər əzizdir. İsrailin düşmənçilik xarakterli addımları cavabsız qalmayacaq”.
Qəzza ilə bağlı danışan Ərdoğan qeyd edib ki, Türkiyə bütün imkanlarını səfərbər etsə də, humanitar yardımların göndərilməsi əngəllənir:
“Təsəvvür edin, konteynerlər göndərmək istəyirik, lakin buna icazə verilmir. Çünki Netanyahu tərəfindən təsdiq tələb olunur. Konteynerlər hazırdır, amma o icazə vermədiyi üçün biz onları göndərə bilmirik”.
Ukrayna mövzusuna toxunan prezident vurğulayıb ki, bu məsələni həm Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski, həm də Tramp və Avropa ölkələrinin liderləri ilə müzakirə etməyə davam edir.
O əlavə edib ki, həftənin sonuna doğru Parisdə “istəkli ölkələr koalisiyası”nın konfransı keçiriləcək və Türkiyə onun adından xarici işlər naziri tərəfindən təmsil olunacaq.
Sara













