2026-cı ildə Bakı və İrəvanı nələr gözləyir? – İLGİNC PROQNOZbackend

2026-cı ildə Bakı və İrəvanı nələr gözləyir? – İLGİNC PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyanın 2026-cı ildə yenidən hakimiyyətdə qalmaq ehtimalı Cənubi Qafqazda təhlükəsizlik mühitinə və Azərbaycan–Ermənistan münasibətlərinin gələcəyinə birbaşa təsir göstərəcək əsas amillərdən biri kimi qiymətləndirilir.

Bəs, Paşinyanın 2026-cı ildə yenidən hakimiyyətə gəlməsi regionda müharibə riskini artıra, yoxsa azalda bilər?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində yenidən qələbə qazanacağı təqdirdə, son illərdə yürüdülən siyasi xəttin davamı gözləniləndir.

“Paşinyan hökuməti son 3–4 il ərzində Azərbaycanla normallaşma və sülh gündəmini prioritet istiqamət kimi müəyyənləşdirib və bu kursun dəyişəcəyi ehtimalı azdır. Paşinyanın irəli sürdüyü “real Ermənistan” konsepsiyası məhz regionda qarşıdurmadan imtina və əməkdaşlıq modelinə əsaslanır”.

Oqtay Qasımov vurğulayıb ki, Paşinyan özü də hazırkı geosiyasi şəraitdə Türkiyə və Azərbaycanla düşmənçilik siyasətinin davam etdirilməsinin Ermənistanın gələcəyi üçün ciddi risklər yaratdığını yaxşı anlayır.

“Məhz bu səbəbdən də rəsmi İrəvan qarşıdurma xəttindən uzaqlaşaraq əməkdaşlıq və dialoqa üstünlük verməyə çalışır”.

Siyasi şərhçinin fikrincə, Paşinyanın hakimiyyətdə qalması həm Ermənistan cəmiyyəti və dövləti, həm də ümumilikdə region üçün müsbət hadisə olar və bu, müharibə riskinin azalmasına xidmət edə bilər.