Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, ilkin məlumata görə, hadisə qarlı və buzlu hava şəraitində qeydə alınıb.
Telefon vasitəsilə lentə alınmış görüntülərdən görünür ki, hərəkətdə olan avtomobildə sərnişin qismində əyləşmiş şəxs yağan qarı çəkmək istəyib. Bu zaman sürücü buzlu yolda idarəetməni itirərək qəza törədib və yol kənarında dayanan “Audi” markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib.













