Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri Yəmənin şərqində yerləşən Hadramaut əyalətinin Seyun şəhərinin hava limanına bir neçə aviazərbə endirib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, endirilən zərbələr barədə məlumatı Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini Salah əl-Akil “Sky News Arabia” telekanalına təsdiqləyib.
Telekanalın məlumatına görə, Səudiyyə aviasiyası hava limanına azı üç zərbə endirib.
Hava hücumu nəticəsində şəhərdə güclü partlayış səsləri eşidilib.













