Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İT avadanlıqları və lisenziyaların satın alınması ilə bağlı satınalma elan edib.
NOCOMMENT.az xəbər verir ki, satınalmanın ehtimal olunan ümumi qiyməti 487.354,16 manat təşkil edir.
Satınalma iki əsas istiqaməti əhatə edir:
PC dəsti – 123 ədəd
(Intel Ultra 5 prosessorlu, DDR5 operativ yaddaş, 512 GB NVMe SSD, Windows 11 Pro əməliyyat sistemi, Microsoft 365 Enterprise 1 illik lisenziya, 23.8 düymlük Full HD monitor və minimum 1 il onsite zəmanət ilə)
Proqram təminatı lisenziyaları – 500 ədəd
(Word, Excel və digər ofis proqramları üçün Microsoft 365 Apps for Enterprise, Nazirliyin mərkəzi tenantına əlavə olunmaqla, uzadılma müddəti 2026-cı ilin avqust ayı üçün nəzərdə tutulur)
Bildirilir ki, avadanlıqlar MAF tələbi ilə təchiz olunmalı, çatdırılma isə paylanma cədvəlinə uyğun həyata keçirilməlidir. Satınalma Agentliyin rəqəmsal infrastrukturunun gücləndirilməsi və iş proseslərinin daha effektiv təşkili məqsədi daşıyır. /32gun.az /













