Abşeronda 33 yaşlı kişi qəm qazından boğulub.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Masazır kəndində baş verib.
1993-cü il təvəllüdlü Hüseyn Yasən oğlu Ramazanov kirayə yaşadığı Masazır kəndi, H.Z.Tağıyev küçəsindəki evlərdən birində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Oxşar hadisə Sumqayıt şəhər Corat qəsəbəsində də baş verib.
1990-cı il təvəllüdlü Əbülfəz Bayraməli oğlu Vahabov yaşadığı fərdi evdə dəm qazından boğularaq vəfat edib.
Baş vermiş hadisələrlə bağlı araşdırma aparılır.
Fotoda Əbülfəz Vahabov














