Məktəbdə qətliam törədən Arasla bağlı DƏHŞƏTLİ FAKT ÜZƏ ÇIDI – FOTOLARbackend

Məktəbdə qətliam törədən Arasla bağlı DƏHŞƏTLİ FAKT ÜZƏ ÇIDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəb qətliamını törədən caninin hər gün çantasını yoxlayan və psixoloji vəziyyətini yaxından izləyən direktor müavininin bir ay əvvəl vəzifəsindən azad edildiyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, Kahramanmaraşda 10 nəfərin həyatını itirdiyi Ayser Çalık orta məktəbindəki silahlı hücum, səhlənkarlıq iddialarını və hücumçu şagirdlə bağlı çarpıcı həqiqətləri üzə çıxarıb.

Təyinatı dəyişən direktor müavini onu addım-addım izləyirmiş

Məktəb Valideyn-Müəllim Assosiasiyasının sədri Hülya Çevik, hücumçu İsa Aras Mersinlinin məlum psixoloji problemləri olduğunu bildirərək, bir ay əvvəl təyinatı başqa yerə çıxan direktor müavini Alparslan Yıldırımın şagirdi ciddi nəzarətdə saxladığını qeyd edib. Çevik: “Bu uşaq ovcuna qələm batıran, öz boğazını kəsən aqressiv biri idi. Alparslan müəllim ‘Qorxmayın, çantasını yoxlamadan içəri buraxmıram’ deyirdi” ifadələrini işlədib.

Bədəninə xəsarət yetirib, hadisənin üstünü örtüblər

Bir valideyn hücumçunun bir ay əvvəl özünü ülgüclə doğradığını, lakin polis rəisi olan atasının nüfuzundan istifadə edərək hadisəni onun şəxsi işinə yazdırmadığını iddia edib. Bu arada İsa Aras Mersinlinin qətliam planlarını aylar öncədən rəqəmsal platformalarda paylaşdığı məlum olub.

Özünü qadın kimi təqdim edib

Mersinlinin argentinalı bir dostu, hücumçunun Discord və Reddit kimi platformalarda özünü “qadın” kimi təqdim etdiyini, homoseksual meyillərinin olduğunu və daim “məktəbdə hücum edəcəyəm” dediyini bildirib.

Ətrafındakıların bu təhdidləri “qara yumor” zənn edərək ciddiyə almadığını qeyd edən gənc, Mersinlinin qadın geyimləri ilə canlı yayımlar etdiyini vurğulayıb. Hadisədən sonra müvafiq serverin fəaliyyəti dayandırılıb. Digər tərəfdən, caninin polis rəisi olan atası Uğur Mersinlinin də Instagram-da çox sayda qeyri-etik yaşlı məzmunlu hesabı izlədiyi müəyyən edilib.

“Dəqiqələrlə gözünü qırpmadan baxardı”

Hücumda əmisi oğlu Yusuf Tarık Gülü itirən 14 yaşlı Ərtoğrul Qorqumaz, caninin keçmişdə ingilis dili yaxşı olduğu üçün “Erasmus” proqramı ilə Polşaya getdiyini bildirib. Hücumçunun çarpaz sinfində oxuyan Qorqumaz: “Psixoloji problemləri var idi, donuq-donuq dururdu. 8-ci sinifdə məktəbə gəlməyəndə oyun asılısı olduğunu öyrəndik. 10-15 saat kompüter arxasında otururdu. Müəllimlərin üzünə dəqiqələrlə gözünü qırpmadan baxardı” deyib.

Kompüterindəki qeyd hücumun ipucunu verib

İsa Aras Mersinlinin hücumdan günlər öncə yazdığı qeyd də tapılıb. İngilis dilindəki mətndə yer alan ifadələr hücuma aparan proseslə bağlı diqqətçəkən məqamları üzə çıxarıb. Qeyddə bu sözlər yer alıb: “Sən bunu oxuyanda mən ya bir şey planlaşdırır olacağam, ya etmiş olacağam, ya da etmək üzrə olacağam. Həyatım boyu həmişə yalnız qaldım. Ailəm məndən nifrət edir və qorxur. Mən bir dahiyəm. Hər kəsdən daha yaxşıyam. Ən üstün insanam.”

Sara,
NOCOMMENT.az