Qazaxıstanda rus dili ilə bağlı QƏRAR VERİLDİbackend

Qazaxıstanda rus dili ilə bağlı QƏRAR VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda rus dilinin hüquqi statusunun dəyişdirilməsi planlaşdırılır. Ölkənin Konstitusiya Məhkəməsi sədrinin müavini Nurmuxanov bildirib ki, Konstitusiyanın yeni layihəsində rus dilinin tətbiqi ilə bağlı ifadə dəyişdiriləcək.

NOCOMMENT.az xəbər verir ki, yeni layihəyə əsasən, rus dili artıq dövlət dili olan qazax dili ilə “bərabər” deyil, yalnız onunla “yanaşı” istifadə edilə biləcək. Bildirilib ki, sənəddə “rus dili qazax dili ilə yanaşı tətbiq olunur” ifadəsinin yer alması planlaşdırılır.

Qeyd edək ki, hazırkı Konstitusiyada qazax və rus dilləri “bərabər hüquqlu” kimi göstərilir və “bərabər şəkildə” ifadəsi istifadə olunur. Yeni variantda isə bu ifadənin “yanaşı” sözü ilə əvəzlənməsi rus dilinin cəmiyyətdəki rolunun və statusunun zəiflədilməsi kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, bu dəyişiklik dövlət dilinin mövqeyinin gücləndirilməsinə yönəlib və dil siyasətində yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Bununla yanaşı, rusdilli əhali arasında bu qərarın narazılıq doğura biləcəyi də istisna edilmir.

Hazırda məsələ ölkə ictimaiyyətində geniş müzakirə olunur və Konstitusiya dəyişiklikləri layihəsinin yaxın dövrdə parlamentdə baxılacağı gözlənilir. /KONKRET.az/