Rusiya XİN Gəncədə həlak olan Rusiya vətəndaşı ilə bağlı MƏLUMAT YAYDIbackend

Rusiya XİN Gəncədə həlak olan Rusiya vətəndaşı ilə bağlı MƏLUMAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın atdığı raket zərbəsi nəticəsində 13 yaşlı yeniyetmənin yaralanaraq xəstəxanada vəfat etməsi ilə bağlı “Facebook”dakı rəsmi hesabında paylaşım edib.

NOCOMMENT.az-ın məlumata görə, paylaşımda qeyd edilib ki, oktyabrın 24-də Gəncə şəhərindəki xəstəxanada 17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət alan Rusiya vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakovun vəfat etməsi barədə Rusiya səfirliyi məlumatlandırılıb.

Bildirilib ki, səfirlik Gəncə şəhərinin icra hakimiyyəti orqanları və həlak olanın qohumları ilə daim təmasdadır və onlara lazımi yardımı göstərir. / Trend