Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Qeyd edilib ki, 1982-ci il təvəllüdlü həkim-travmatoloq-ortoped Həsənov Natiq Füzuli oğlu bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Natiq Həsənov 2025-ci ildən sözügedən xəstəxanada həkim-travmatoloq-ortoped vəzifəsində çalışırmış.













