Əfqanıstan – Pakistan arasında hərbi toqquşma Talibanın Dürand sərhəd xəttini qəbul etməməsi və Təhriri-Taliban terror təşkilatına ev sahibliyi etməsidir. Əfqanıstan Talibanı Pakistan ərazisində etnik puştunların Təhriri-Taliban terror təşkilatının separatçı terror fəaliyyətlərini dəstəkləyir. Son həftələrdə Pakistanda qanlı terror aktları törədilir. Rəsmi İslamabad bu terror aktında Əfqanıstanda Taliban rejiminin əli olduğunu qeyd edir. Əfqanıstan Talibanı Pakistanla sərhəd xəttini qəbul etmir. Pakistanda Təhriri Pakistan təşkilatını hakimiyyəti ələ keçirməsinə dəstək verir. Hindistanla Pakistana qarşı bir əməkdaşlıq edir.
Məsələ haqda NOCOMMENT.az–a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Talibanı nə keçmiş SSRİ, nə də ABŞ məğlub edə bildi.

“Taliban hesab edir ki, Pakistanı eyni şəkildə məğlub edə bilər. Qeyd edim ki,.Talibanı məğlub edəcək tək bir güc məhz Pakistandır. Çünki, eyni coğrafiya və ortaq mədəniyyətə malik xalqdır. Pakistan hərbiçiləri eyni şərtlərlə Talibanlara qarşı döyüşür. Pakistan Kabulu nəzarətə götürə və Taliban rejiminin hakimiyyətinə son verəcək gücə malikdir. Əgər, hərbi toqquşma baş verərsə, Pakistan Kabulda geniş şəkildə hərbi əməliyyatlar başlaya bilər”, – deyə ekspert yekunlaşdırıb.













